Putin ailəsi haqqında bilinməyənləri açdı: onların yanında olanda...

20-06-2020, 12:04           
Putin ailəsi haqqında bilinməyənləri açdı: onların yanında olanda...
“Özümü adi insanların yanında çox rahat hiss edirəm. Bu, müəyyən dərəcədə mənim mühitimdir, çünki mən də adi işçi ailəsindən gəlmişəm”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının aparıcısı Pavel Zarubinin “Rusiya. Kreml. Putin” proqramının fraqmanında deyib.

Nəvələrinin ona verdiyi hədiyyələrdən söz açan dövlət başçısı bildirib ki, onları ofisində yox, istirahət otağında saxlayır. O, II Dünya müharibəsində Sevastopolda xidmət edən atasının portretini də göstərib.

Rus lider günün hər saatında əlaqədə olmağın vəzifəsinin öhdəliyi olduğunu qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Vladimir Putinin xüsusi istirahət otağı ilə bağlı reportaj yayımlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru