Lukaşenkodan inanılmaz sözlər: “Nəyin bahasına olur-olsun…”

20-06-2020, 17:41           
Lukaşenkodan inanılmaz sözlər: “Nəyin bahasına olur-olsun…”
“Əgər demokratik yolla hərəkət etsəm, ölkəmiz itirəcək və məni lənətləyəcəklər. İndi məni ölkədəki vəziyyəti güc yolu ilə həll etməyə məcbur qoyurlar”.
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko iyunun 19-da keçirilən iclasda deyib.
Onun çıxışı “Belarus 1” dövlət televiziya kanalı ilə nümayiş etdirilib.
Belarus lideri deyib: “Məni seçim qarşısında qoymaq lazım deyil. Əgər mən demokratik davransam, “ağ və tüklü olduğumu” göstərsəm, ölkəni tamamilə itirmək şansım var. O zaman mən ömürlük lənətlənəcəyəm. Belarusun məhv edilməsinə görə məni və hamımızı heç kim bağışlamaz. Məni sadəcə təhrik edirlər ki, Lukaşenko bu vəziyyətin həlli üçün hansısa güc yoluna əl atsın”.

Dövlət başçısı bütün həyatını müstəqil, suveren dövlətin qurulmasına həsr etdiyini, heç kimə bu ölkəni parçalamağa icazə verməyəcəyini vurğulayıb: “Nəyin bahasına olur-olsun, ölkənin qorunub saxlanmasına gedəcəyəm”.

Qeyd dək ki, bu il avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru