Tramp və Kim Çen Inın danışıqlarının üstü açıldı

20-06-2020, 20:27           
Tramp və Kim Çen Inın danışıqlarının üstü açıldı
ABŞ lideri eyni zamanda Koreya Respublikası ilə təlimlərin sayını azaltmağa və ya dayandırmağa hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton ABŞ lideri və Şimali Koreya rəhbərinin 2018-ci ildə Sinqapurda baş tutan görüşü barədə danışıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bolton öz memuarlarında yazıb.

Ağ Ev rəhbəri Şimali Koreya liderinə bildirib ki, BMT tərəfindən Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaların ləğv olunması barədə düşünməyə hazırdır. Kim Çen In isə öz növbəsində Trampa bildirib ki, tərəflərin "addım qarşılığımda addım" prinsipinə əməl etmək barədə qərarına görə şaddır. Bu razılaşmaya əsasən, Şimali Koreyanın nüvəsizləşdirilməsindən sonra ABŞ tərəfi müxtəlif güzəştlərə gedəcək.

Boltonun sözlərinə görə, ABŞ lideri eyni zamanda Koreya Respublikası ilə təlimlərin sayını azaltmağa və ya dayandırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Bolton 6 ay vəzifədə qaldıqdan sonra prezidentin milli təhlükəsizlik üzrə müşaviri postundan istefa verib.

Çərşənbə günü ABŞ-ın Ədliyyə Departamenti məhkəmə vasitəsi ilə Boltonun kitabının nəşrinin dayandırılmasını tələb edib.Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru