Hindistanda vergi ödəməyin orijinal üsulu

21-06-2020, 00:00           
Hindistanda vergi ödəməyin orijinal üsulu
Dünyanın hər yerində vergiödəyicilərinin öz öhdəliklərini könüllü və sədaqətlə yerinə yetirmələri üçün müxtəlif yollar axtarılır, fərqli üsullardan istifadə olunur. Bu baxımdan Hindistan hökumətinin verdiyi qərar daha orijinaldır.

Modern.az "Reuters"ə istinadla xəbər verir ki, Hindistanda əhalini vergi ödəməyə təşviq etmək üçün vergi ödəməkdə seçilən vətəndaşların adları küçələrə, meydanlara, təşkilatlara, binalara və qatarlara veriləcək.

Qeyd edək ki, araşdırmaya görə, təxminən 1,3 milyard nəfər əhalisi olan Hindistanda 2017-2018-ci illərdə təkcə 41 milyon nəfər vergi ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru