Qədim Misir mumiyalarında tatuirovkalar aşkarlandı

21-06-2020, 00:00           
Qədim Misir mumiyalarında tatuirovkalar aşkarlandı
Britaniya Muzeyinin məlumatına görə, tədqiqatçılar beş min illik tarixi olan iki qədim Misir mumiyasında tatuirovkalar aşkar ediblər.

Modern.az “Reuters”-ə istinadla xəbər verir ki, kişi mumiyanın qolunun yuxarı hissəsində vəhşi öküz və qoç rəsmi, qadın mumiyanın qolunda və çiyin nahiyəsində isə naxışlar işlənilib.

Oksford Universitetinin Şərq tədqiqatları fakültəsinin mütəxəssisləri tatuirovkaları üzə çıxarmaq üçün kompüter tomoqrafiyasının imkanlarından istifadə ediblər. Müasir texnologiyaların son nailiyyətlərindən olan “3D” fotoşəkillər tatuirovkaları daha aydın göstərməyə imkan verib.

Britaniya Muzeyinin fiziki antropologiya bölməsinin rəhbəri Deniel Antuan bildirib ki, bu yenilik tatuirovkaların qədim tarixinə nüfuz etməyə imkan verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.