Hakim: Bolton kitabını satışa çıxara bilər

20-06-2020, 22:23           
Hakim:
Federal hakim şənbə günü sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun kitabının satışa çıxarılmasına icazə verib. Tramp administrasiyası məxfi məlumatların üstünün açılacağına dair narahatlıqlar səbəbilə kitabın işıq üzü görməsinin qarşısnı almağa çalışırdı.

ABŞ-ın rayon hakimi Roys Lambertin qərarı Bolton üçün qələbədir. Bu məhkəmə işinin diqqət mərkəzinə Konstitusiyay Birinci Düzəlişin təmin etdiyi hüquqla milli təhlükəsizliklə bağlı narahatlıqlar var idi. Lakin hakim həmçinin öz qərarında Boltonun hökümət rəsmilərinin nəşr etdikləri memuarlarda məxfi məlumatların üstünü açmalarının qarşısını almaq üçün nəzərdə tutulan yoxlama prosesindən keçməməklə “Birləşmiş Ştatların milli təhlükəsizliyi ilə qumar oynadığını” deyib.

Məhkəmə qərarı Boltonun Ağ Evdə keçirdiyi bir il ərzində prezident Donald Trampın xarici siyasət sahəsində verdiyi qərarla bağlı mənfi imic yaradan kitabınçərşənbə axşamı satışa çıxarılmasına imkan yaradır.

Hakim deyib ki, kitabın artıq 200 mindən çox nüsxəsi ölkə boyu kitab mağazalarına paylandığı üçün, kitabın satışa çıxarılmasının qarşısını almaq faydasız olacaq.

“Əlində kitab olan tək bir şəxs belə kitabın məzmununu dərc edə bilər. Artıq ziyan dəyib. Status kvonu bərpa etmək mümkün deyil,” hakim bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.