Yapon siyasətçidən "öncəgörmə": Koronavirusdan sonra dünya nizamını...

21-06-2020, 00:06           
Yapon siyasətçidən "öncəgörmə":
Yapon politoloqun sözlərinə görə, Putin ABŞ və Çin arasında münasibətlərin normallaşmasına yardım etməklə öz nüfuzunu artıra bilər

Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyasından sonra dünya nizamında aparıcı rol oynayacaq. Sputnik Azərbaycan ""yə istinadən xəbər verir ki, bunu yaponiyalı politoloq, professor İtsuro Nakamura bildirib.

Nakamuranın sözlərinə görə, Putinin əsas hədəfi Rusiya, ABŞ və Çini bir araya gətirməkdir: "Prezident Putin hazırda bir-birinə qarşı çıxan Çin və ABŞ-ı birləşdirməkdədir. "Koronadan sonra" dünya nizamında aparıcı rol Putinin əlində olacaq".

O izah edib ki, Rusiya lideri anlayır ki, ondan başqa heç kim Pekin və Vaşinqtonu barışdıra bilməz. Yapon politoloqun sözlərinə görə, Putin ABŞ və Çin arasında münasibətlərin normallaşmasına yardım etməklə öz nüfuzunu artıra bilər. Ona görə də ABŞ və Çin arasında qarşıdurma onun lehinədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru