Netanyahunun oğlu təhqir etdi, cavabını aldı

21-06-2020, 14:19           
Netanyahunun oğlu təhqir etdi, cavabını aldı
İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu fələstinlilərin sürgün edilməsi təklifini irəli sürüb.

Axar.az xəbər verir ki, Yair Netanyahu Tvitter səhifəsində İsrailin mərkəz inşa etmək məqsədilə İslam Əl-İsaaf qəbiristanlığını sökməklə bağlı fəaliyyətlərinə etiraz edən fələstinlilərə cavab verib.

“Fələstinlilərin üsyanı Təl-Əviv-Yafada bir yerdə yaşamaq şansı olmadığını isbat edir. Bu baş verənlər bütün fələstinliləri şəhərdən sürgün etməyimizi vacib edir”, - Y.Netanyahu bildirib.

İsrailin ərəb millət vəkili Ofer Cassif isə Yair Netanyahunun açıqlamasına cavab verib.

“Çürük alma ağacdan uzağa düşməz. Balaca irqçi ata evindən nifrət və cəfalət öyrəndi. Onlar kimi nifrət edənlərlə bir yerdə yaşamaq şansı yoxdur. Onların getməsi lazımdır”, - millət vəkili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru