İki ölkədən Misir liderinə DƏSTƏK

21-06-2020, 14:21           
İki ölkədən Misir liderinə DƏSTƏK
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Misir prezidenti Əldülfəttah əl-Sisinin Liviya ilə bağlı mövqeyinə dəstək verib.

Cebhe.info xəbər verir ki, bununla bağlı krallığın mövqeyi Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi tərəfindən yayılıb. “Səudiyyə Ərəbistanı sərhədlərini və xalqının təhlükəsizliyini qorumaq məsələsində Misirin yanındadır”-deyə, açıqlamada bildirilir. BƏƏ Xarici İşlər nazirliyi də Liviyada baş verənlərdən narahatlığını ifadə edib.

Qeyd edək ki, bir müddət öncə Misir prezidenti əl-Sisi hava qüvvələri komandanlığı ilə görüşdə Misir ordusunun lazım gələrsə ölkə sərhədlərindən kənarda əməliyyat aparmağa hazır olduğunu bildirib. “Sirte və Cufra bizim üçün qırmızı xətddir. Liviyanı liviyalılardan başqa heç kim qorumayacaq. Onlara yardım etməyə və dəstək göstərməyə hazırıq”-deyə, dövlət başçısı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru