Paşinyan şantajçı jurnalist olub: Sarkisyanın kürəkəni baş naziri ifşa etdi

21-06-2020, 15:04           
Paşinyan şantajçı jurnalist olub: Sarkisyanın kürəkəni baş naziri ifşa etdi
Mikael Minasyan: Mən Paşinyan tərəfindən şantaj edildiyim üçün uzun illər müəyyən sxem üzrə onun satılmayan qəzetinin tirajının pulunu ödəmişəm

“Nikol Paşinyan həmişə klassik və sıravi şantajçı olub. O istəyinə həmişə yalnız şantaj yolu ilə nail olub”.

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Srakisyanın kürəkəni Mikael Minasyan bu barədə növbəti videomüraciətində bəyan edib.

Onun sözlərinə görə, Paşinyan, hətta şantaj yolu ilə baş nazir seçilib: “Meydanda bildirdi ki, əgər baş nazir seçilməsə, Ermənistanın baş naziri olmayacaq. Ermənistanda Nikol Paşinyan və Anna Hakopyan şantaj yolu ilə pul qazanmaqda davam edirlər, yalnız bu dəfə “Haykakan jamanak” (“Ermənistan zamanı”) qəzeti ilə birlikdə Təhlükəsizlik, Polis və Dövlət gəlirləri xidmətlərindən, prokurorluqdan istifadə edirlər, çünki bütün böyük iş adamları bu cütlüyə pul ödəyirlər. Bunlar o adamlardır ki, hələlik Nikol Paşinyan və Anna Hakopyan onların barəsində susduğu insanlardır”.

Onların bir vaxtlar böhtan yayımlamamaq üçün “Haykakan jamanak” dan istifadə etdiklərini, hamıdan pul aldıqlarını iddia edən Mikael Minasyan vaxtilə Nikol Paşinyanın şantajının qurbanı olduğunu söyləyib.

Onun sözlərinə görə, bu şantaja boyun əydiyinə görə hələ də özünü bağışlaya bilmir: “Əhvalat belə oldu: qızım Məryəm 2-3 yaşında bir uşaq olanda ad gününü bir kafedə qeyd etdik. Bundan sonra “Haykakan jamanak” da qızımın əlində qızıldan hazırlanmış və brilyantla brilyantla bəzədilmiş bilərzik və əmzik olduğu barədə bir məqalə yayımlandı. Ertəsi gün həyatımda Nikol Paşinyanın “Haykakan jamanak”dan yaxın bir həmkarım peyda oldu, bu hazırda parlamentin deputatı Hayk Gevorgyandır. O, tələsik bir təbəssümlə dedi ki, əgər uşaq haqqında belə məlumatların yazılmasını istəmirəmsə, nəsə etmək lazımdır. Mən utanc hissi ilə etiraf etmək istəyirəm ki, bu böhtançıların ailəmi rahat buraxmaları üçün sövdələşməyə getdim və razılaşdım ki, qəzetlərin geri qaytarılmaması üçün sxem üzrə qəzetlərin bir ay ərzində satılmayan tirajını maliyyələşdirək,. Çünki “Haykakan jamanak” satılmırdı”.

Daha sonra Serj Sarkisyanın kürəkəni deyib ki, bütün ömrü boyu yalnız bir dəfə şantaj edilib və səhv etdiyimi düşünür: “Çünki ailəmin psixoloji terrorçuluğa məruz qalmasın deyə belə bir addım atmışam. Ancaq bundan sonra artıq belə bir sövdələşməyə getmədim və getməyəcəyəm. Uzun illər bu sxem üzrə “Haykakan jamanak” qəzetini maliyyələşdirdim”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.