“Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir”- TANINMIŞ HƏKİM

21-06-2020, 20:24           
“Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir”-
Rusiyanın Dövlət Klinik Xəstəxanasının baş həkimi Alaksandr Myasnikov pandemiyanın gələcəyi ilə bağlı qorxunc proqnozla çıxış edib.Teref.az Rusiya mediasına istinadən xəbər verir ki, proseslərin gedişatının yaxşı heç nə vəd etmədiyini bildirən baş həkim, yaxın gələcəkdə Rusiyada vəziyyətin daha da dramatikləşəcəyini bildirib. O, indiki pandemiyanı sadəcə “məşq” adlandırıb:

“Koronavirusdan sonra bizi əsl dəhşətli bir epidemiya gözləyir. Bu pandemiya sadəcə bir məşqdir”.

Baş həkim qeyd edib ki, proseslərin ikinci mərhələsində koronavirusun öldürücü gücü daha da artacaq. Belə ki, ölüm dərəcəsi 30-35% -ə yüksələcək.

A.Myasnikov epidemiyanın yayılması baxımından ən təhlükəli yerin isə məhz xəstəxanalar olacağını vurğulayıb.

Xatırladaq ki, Rusiya pandemiyadan ən çox əziyyət çəkən ölkələr sırasındadır və bu ölkədə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur./moderator.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru