Çində bir gündə 18 nəfər koronavirusa yoluxdu

22-06-2020, 08:05           
Çində bir gündə 18 nəfər koronavirusa yoluxdu
Çində ötən sutka ərzində 18 nəfərdə yeni növ koronavirusun aktiv forması və 7 simptomsuz yoluxma halı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Koronavirusa yoluxanların yeddisi xaricdən gələn ölkə vətəndaşlarıdır. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 396 nəfərə çatıb. Ölkədə müalicə alan 78 413 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 114 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.