Liviyada kütləvi məzarlıqlar aşkar edilib

22-06-2020, 08:37           
Liviyada kütləvi məzarlıqlar aşkar edilib
Liviya ordusu qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Haftara sadiq silahlılardan tәmizlәnәn Tripoli vә Terhune şәhәrlәrindәki kütlәvi mәzarlar vә xәstәxanalarda iyunun 5-dәn etibarәn 190 nәfәrin cәsәdini aşkar etdiyini açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Liviya ordusunun apardığı ‘‘vulkan’’ әmәliyyatının internet sәhifәsindә Haftar silahlılarından tәmizlәnәn şәhәrlәr vә bölgәlәrdә aşkar edilәn cәsәdlәr vә kütlәvi mәzarlara dair açıqlama verilib.

Mәlumata әsasәn, iyunun 5-dәn etibarәn Xәlifә Haftara sadiq silahlılardan tәmizlәnәn Tripoli vә Terhune şәhәrlәrindәki kütlәvi mәzarlar vә xәstәxanalarda 190 cәsәdin aşkar edildiyi bildirilib.

Qeyd edәk ki, Liviya ordusu Tripolinin cәnubundakı Kasr Bin Qasir bölgәsindә aralarında qadın vә uşaqların da olduğu 15 nәfәrin cәsәdini aşkar edib. Ordu iyunun 6-da da Tripolinin cәnubunda 14 nәfәrin, 8-11 iyun tarixlәri arasında da Terhune yaxınlığında 18 nәfәrin cәsәdini aşkar edib.

Hökumәt qüvvәlәri iyunun 16-da da Tripolinin cәnubundakı bölgәlәrdә çox sayda cәsәd aşkar etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.