Rusların sərvətinin dörddə biri xaricdədir – ABŞ şirkəti

22-06-2020, 10:30           
Rusların sərvətinin dörddə biri xaricdədir –
Rusların özəl sərvətlərinin, yəni maliyyə aktivlərinin həcmi 1,6 trilyon dollardır. Eyni zamanda, bütün yığımların dörddə birindən çoxu xaricdədir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RBK telekanalı “Boston Consulting Group” (BCG) şirkətinin araşdırmasına istinadən yayıb.

Rusların şəxsi sərvəti son bir ildə ÜDM-in 90 faizinə bərabərdir. Son 20 ildə 16 dəfə artıb, ancaq 2014-cü ildən bəri böyümə yavaşlayıb.

BCG şirkəti ev təsərrüfatlarının maliyyə aktivlərini qiymətləndirmək üçün Rusiya Mərkəzi Bankının məlumatlarından istifadə edib. Oktyabrın 1-nə olan məlumata görə, aktivlər 72 trilyon rubla və ya 1,1 trilyon dollara çatıb. Beləliklə, məcmu məlumatları nəzərə alsaq, xarici aktivlərdə təxminən 440 milyard dollar vəsait saxlanılır.

Şirkət gələcək aktivlərin yığılması üçün bir neçə ssenari tərtib edib. Koronavirus pandemiyasından sonra sürətli bir geriləmə baş verərsə, 2024-cü ilə qədər rusların sərvəti 2,2 trilyon dollara çatacaqdır. Əgər bərpa yavaş olarsa, o zaman iki trilyonda dayanacaqdır.

Daha əvvəl bildirilirdi ki, 2020-ci ildə ən varlı ruslar koronavirus pandemiyası və neftin qiymətinin düşməsi fonunda on milyardlarla dollar itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru