Paşinyan səfərini niyə ləğv etdi?

23-06-2020, 00:01           
Paşinyan səfərini niyə ləğv etdi?
“Ermənistan Baş nazirinin qərarı böyük ehtimalla daxili siyasi problemlərlə və gərginliklə, xüsusilə də “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı problemlə əlaqəlidir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan Ermənistan Baş naziri Nikol Paşinyanın İkinci Dünya müharibəsində qazanılmış qələbənin 75 illiyinə həsr olunan parad keçirilməsi planlaşdırılan Moskvaya səfərinin ləğv olunmasına toxunarkən deyib.

Erməni politoloq “Çiçəklənən Ermənistan” partiyası ilə bağlı problemin Moskvanı qıcıqlandırdığını istisna etməyib.

Bozoyanın sözlərinə görə, mövcud mürəkkəb qarşılıqlı münasibətlərdə Paşinyana başa salıblar ki, onlar Ermənistanda yeganə rus yönümlü parlament fraksiyasına hücum edilməsi baxımından narazıdırlar.

“Paşinyanın başqa əsaslandırmalar gətirməyə çalışacağı anlaşılandır, ancaq Tsarukyana (“Çiçəklənən Ermənistan” partiyasının rəhbəri - red.) qarşı baş verənlərin əslində seçici ədalət olduğu hamı üçün aydındır, çünki Ermənistanda seçkilər on illərdir mütəmadi olaraq saxtalaşdırılıb və seçki rüşvətlərinin ataları 1995-1996-cı illərdə Nikol Paşinyanın ideoloji dostları olublar. Təəssüflər olsun, sonralar bu ənənə davam edib, lakin məlum olur ki, bütün bunlar üçün Tsarukyanı məsuliyyətə çağırmağa çalışırlar”, - deyə erməni politoloq qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.