Əslindən daha baha minisurət - Lamborghini Aventador Gold

22-06-2020, 22:58           
Əslindən daha baha minisurət - Lamborghini Aventador Gold
Həqiqi avtomobillər qədər onların kiçik ölçülü surətlərinə də olduqca böyük maraq var.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu modellər şəxslərin həm sahibi olduqları, həm də arzuladıqları avtomobilləri əldə etmələrinə imkan tanıyır. Bu surətlərin ən yaxşılarını isə Böyük Britaniyada fəaliyyət göstərən Amalgam Collection hazırlayır.

Şirkət avtomobilləri daxildən xaricə doğru, orijinalı ilə tamamən eyni şəkildə hazılayır. Surətlər xüsusi şəkildə, lazer vasitəsilə modelləşdirilir. Bəzi moellərin yığılmasına 200-400 saat vaxt ayrıldığı bildirilir.

Firmaının yığdığı modellər arasında Formula 1 bolidləri, əfsanəvi klassiklər, superkarlar və başqa avtomobillər yer alır.

Dünyanın ən bahalı avtomobil surəti isə 7,5 milyon avro qiymət ilə Lamborghini Aventador Gold modelidir.

Ümumilikdə isə şirkətin yığdığı modellərin qiyməti 10-15 min dollar arasında dəyişir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.