Gürcüstanlı jurnalist Putini və Kadırovu təhqir edib - Növbəti dəfə...

23-06-2020, 01:25           
Gürcüstanlı jurnalist Putini və Kadırovu təhqir edib -
Gürcüstanlı jurnalist Georgi Qabuniya Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ünvanına qeyri-senzur ifadələr işlədib.

«Qruziya Online» nəşri xəbər verir ki, Qabuniya bu yaxınlarda «Mtavari Arkhi» telekanalının efirindən bəyan edib ki, «bütün varlığı ilə Putinə ölüm arzulayır - qoy, bütün dünya bir az nəfəsini dərsin».

«Bircə o çatmır ki, bizim torpağımıza atom bombası tullasın» - jurnalist bildirib.

Eyni zamanda o, qeyd edib ki, «Vladimir Putinlə Rusiya xalqı arasında bərabərlik işarəsi qoymur».

«Mən, rus insanlarına hörmətlə yanaşıram və onların mədəniyyətini sevirəm. Rusiya prezidentinin sadiq köpəkciyi Ramzan Kadırov da Çeçenistanın rəmzi deyil… Mən, həqiqi, layiqli çeçenləri sevir və onlara hörmət edirəm» - jurnalist izah edib və əmin olduğunu bildirib ki, Gürcüstan sakinlərinin əksəriyyəti onunla razıdır.

Xatırladaq ki, 2019-cu ilin yayında Qabuniya «Rustavi-2» telekanalının efirindən Putinə «ana söyüşü» söyüb. Bundan sonra, Çeçenistanın başçısı Ramzan Kadırov Rusiya prezidentindən üzr istəməyi teleaparıcıdan tələb edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.