Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcək

23-06-2020, 05:35           
Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər ediləcək
Gürcüstanın Seçki Məcəlləsinə koronavirus pandemiyası ilə bağlı dəyişikliklər ediləcək.

Publika.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə builki parlament seçkilərinin keçirilməsi üçün təhlükəsiz mühitin yaradılması nəzərdə tutulub.

Spiker deyib ki, sənəddə karantində olan şəxslərin səsvermə hüququndan istifadə, seçki məntəqəsində tibbi maskadan istifadə, əllərin dezinfeksiyaedici məhlulla yuyulması və digər təhlükəsizlik tədbirləri yer alacaq: “Bu qaydalar bir tərəfdən minimal olacaq, digər tərəfdən isə seçki hüqunundan istifadəni məhdudlaşdırmayacaq”.

Gürcüstanın baş epidemioloqu, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, öz növbəsində, bildirib ki, ölkədəki cari epidemioloji vəziyyət parlament seçkilərinin vaxtında keçirilməsinə imkan verir.

Qeyd edək ki, ölkədə parlamentə seçkilər bu ilin oktyabrın 31-də keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.