Lukaşenko müxalifətçilərdən xahiş etdi: "Mənə “bığlı tarakan” deməyin”

23-06-2020, 12:22           
Lukaşenko müxalifətçilərdən xahiş etdi: "Mənə “bığlı tarakan” deməyin”
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko müxalifət nümayəndələrinə hazırkı dövlət başçısını təhqir etməməyi və qarşıdakı seçkilər fonunda reytinqini qəsdən düşürməməyi xahiş edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Lukaşenko Brestə səfəri zamanı müxalifətlə görüşündə deyib.

"Sizi hansısa problemlər narahat edirsə, onları deyin. Eşidin: o problemləri məndən və indiki hökumətdən başqa heç kim həll edə bilməz. Siz artıq köynəklərinizdə "Saşa 3%" yazmısınız. Doğurdanmı indiki prezidentin cəmi üç faiz reytinqi olduğuna inanırsınız? Buna görə də bizə toxunmayın. Heç vaxt təhqir də etməyin", - prezident deyib.

"Bığlı tarakan, nə bilim nə... Mən hələ ki bu respublikaya rəhbərlik edirəm, heç bir ölkədə insanları təhqir etməyə icazə verilmir. Axı mən şəxsən heç birinizi təhqir etməmişəm", - Lukaşenko əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru