Qarabağdakı separatçılar Ermənistan MN-ə köçürülürlər və yüksək vəzifələrə təyin olunurlar

23-06-2020, 16:44           
Qarabağdakı separatçılar Ermənistan MN-ə köçürülürlər və yüksək vəzifələrə təyin olunurlar
İşğal altın da olan Qarabağda yerləşdirilmiş qanunsuz “hərbi birləşmə”nin “vəzifəli şəxsləri” Ermənistan Müdafiə Nazirliyinə köçürülürlər və yüksək vəzifələrə təyin olunurlar. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Məlum olduğu kimi, 2019-cu il iyunun 24-də general-mayor Mikayel Hambardzumyan qanunsuz “hərbi birləşmənin “komandirinin müavini” təyin olunub.

1 il sonra Mikayel Hambardzumyanı Ermənistan Müdafiə Nazirliyinə gətirmək və Ermənistan Müdafiə Nazirliyində idarə rəisi təyin etmək barədə qərar qəbul olunub. İdarənin konkret olaraq hansı olduğu isə hələlik məlum deyil.

Yeri gəlmişkən, bu dəyişikliklər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyanın iyunun 16-dan 17-nə qədər işğal altında olan Qarabağda olduğu bir vaxtda başlayıb.

Məlumata görə, dəyişikliklər bu qədəri ilə bitməyəcək və yaxın gələcəkdə qanunsuz “hərbi birləşmə”dən Ermənistan Müdafiə Nazirliyinə başqa köçürülmələr də olacaq. Mikayel Hambardzumyan ilk təyinat idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.