Həftərə dair məxfi sənədlər üzə çıxdı

23-06-2020, 16:52           
Həftərə dair məxfi sənədlər üzə çıxdı
Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Həftərin Afrika ölkələrindən maliyyə aldığı və muzdlular gətirdiyi məlum olub.

Cebhe.info xəbər verir ki, Liviya hökuməti tərəfindən idarə olunan "Qəzəb vulkanı" əməliyyatı üzrə mətbuat xidməti Həftərin muzdlularla imzaladığı və əməliyyatlar zamanı ələ keçən müqavilələri yayımlayıb. Sənədlərə görə, bu əsgərlərə ayda 200 dollar verilir.

İkinci aydan etibarən maaşların 300 dollar olacağı, hər əməliyyat üçün əlavə 10 dollar veriləcəyi qeyd olunur. Muzdluların komandirlərinə rütbələrindən asılı olaraq 30 dollardan başlayan əlavələr ediləcəyi də bildirilir.

Qeyd edək ki, Həftər xüsusən Sudanın Darfur bölgəsindən və Çaddan yüzlərlə əsgər gətirib və onların çoxunu paytaxt Tripolinin cənub bölgələrinə göndərmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.