Neft sürətlə ucuzlaşmağa başladı - Bu xəbərdən sonra

24-06-2020, 23:42           
Neft sürətlə ucuzlaşmağa başladı -
Dünya bazarında neft yenidən sürətlə ucuzlaşmağa başlayıb.

Publika.az xəbər verir ki, bu gün birjalarda 43 dollardan baha satılan Brent nefti bir neçə saat ərzində 5 faizdən çox ucuzlaşaraq 41 doların altına enib. Eyni proses Nyu-York birjasında Layt neftinin hərrac sövdələşmələrində də yaşanır.

Bildirilir ki, neftin sürətli ucuzlaşmasına ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatı ilə bağlı açıqlaması səbəb olub. Belə ki, ABŞ neft ehtiyatlarının kəskin artması barədə informasiya yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru