Karantin rejimi yumşaldılan ölkədə bir gündə 7 min insan koronavirusa yoluxub

25-06-2020, 10:33           
Karantin rejimi yumşaldılan ölkədə bir gündə 7 min insan koronavirusa yoluxub
Karantin rejimi yumşaldılan ölkədə bir gündə 7 mindən çox insanda Covid-19 aşkarlanıb.

Demokratikmusavat.com The Moscow Times-a istinadla xəbər verir ki, ötən sutka ərzində Rusiyada 7,176 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 606,881-ə çatıb.

TASS-ın məlumatına görə, ötən gün sadəcə Moskvada 12 nəfər yeni növ koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün Rusiyada karantin rejimi yumşaldılıb, restoranlar, idman zalları və üzgüçülük hovuzları açılıb. Həmçinin, ertələnmiş 9 may qələbə paradı dünənki tarixdə keçirilib.

Məlumat üçün bildirək ki, koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru