ABŞ Venesuelaya neft aparan İran tankerlərinin kapitanlarına sanksiya tətbiq edib

25-06-2020, 10:41           
ABŞ Venesuelaya neft aparan İran tankerlərinin kapitanlarına sanksiya tətbiq edib
ABŞ hökuməti Venesuelaya neft və neft məhsulları daşıyan İran tankerlərinin kapitanlarına sanksiya tətbiq edib.

Teref.Az SalamNews-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.

ABŞ rəsmisi bildirib ki, Venesuelaya neft daşıyan İranın tankerlərinin beş kapitanına sanksiya tətbiq edilib.

Qeyd edək ki, ABŞ təhdidlərinə baxmayaraq, beş İran tankeri ötən ay yüklərini Venesuelaya çatdıraraq geri dönüblər. İran tankerlərinin bu yükü əsasən benzindən ibarət olub. Bu tankerlər bir milyon yarım bareldən artıq yanacağı Venesuelaya çatdırıblar.

Cari həftə ərzində də İranın bir yük gəmisi qida məhsullarını Venesuelaya çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru