Diplomatik münasibətləri olmayan iki ölkə koronavirus səbəbilə yaxınlaşdı

26-06-2020, 10:36           
Diplomatik münasibətləri olmayan iki ölkə koronavirus səbəbilə yaxınlaşdı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) koronavirus səbəbilə İsrailə yardım göndərib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailə 100 min COVİD-19 test kiti göndərib. Rəsmi mənbələrdən verilən məlumatlara görə, BƏƏ-nin paytaxtından qalxan yardım aparan təyyarə birbaşa İsrailin paytaxtı Təl-Əvivə enib.

Qeyd edək ki, İsrailin baş naziri Bünyamin Netanyahu bir neçə gün əvvəl çıxış edərək bildirmişdi ki, BƏƏ ilə aralarında diplomatik münasibət olmasa belə yeni növ koronavirus pandemiyası səbəbilə hər iki ölkə arasında müəyyən işbirliyi qurulacaq.

Xatırladaq ki, 100 min test kiti daşıyan BƏƏ təyyarəsi bu çıxışdan sonra İsrailə eniş edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru