ABŞ-da yoluxmada rekord artım: Virus prezidentin yaxın ətrafına sıçradı

4-07-2020, 11:23           
ABŞ-da yoluxmada rekord artım: Virus prezidentin yaxın ətrafına sıçradı
Koronavirus epidemiyası ABŞ Prezidenti Donald Trampın yaxın ətrafına da sıçrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ mediasında məlumat yayılıb.

Prezidentin böyük oğlu Donald Tramp Jrın sevgilisi Kimberl Guilfoyl virusa yoluxub. Tramp Jr sevgilisinin test nəticələri müsbət çıxandan sonra özünü test etdirib. Ancaq onun test nəticələri mənfi olub.

ABŞ Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, son sutkada ölkədə yeni növ koronavirusa yoluxanların sayı 53 min 483 nəfəri ötüb. Bununla da gündəlik yoluxma 50 min həddi keçib. Ümumi yoluxma sayı 2 milyon 890 minə qədər artıb.

Ölkənin 7 ştatda rekord artım qeydə alınıb. Bu ştatlar Alabama, Alyaska, Aydaho, Mississippi, Şimali Karolina, Cənubi Karolina və Tennessi olaraq elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru