Almaniyanın paytaxtı Berlində irqçiliyə qarşı daha bir aksiya keçirilib.
Axar.az xəbər verir ki, Gendarmenmarkt meydanında başlayan aksiya Brandenburq qapısının qarşısından "Zəfər" abidəsinə qədər davam edib.
Məlumata görə, aksiya iştirakçıları “İrqçiliyə yox”, “Qaraların həyatı vacibdir”, “Dərinin rəngi cinayət deyil” və “İrqçilik bir virusdur” şüarları səsləndiriblər.
Qeyd edək ki, etiraz aksiyasında 1800 nəfərin iştirak etdiyi bildirilib.