Beyrut limanında partlayışın səbəbi məlum oldu – Partlayışın arxasından rus biznesmen çıxdı

5-08-2020, 11:30           
Beyrut limanında partlayışın səbəbi məlum oldu –
Beyrut limanında partlayış 2014-cü ildə “Rhosus” gəmisindən müsadirə edilmiş 2750 ton ammonium nitratın alışması nəticəsində baş verib.

Avropa.info xəbər verir ki, bu barədə Livanın müdafiə üzrə Ali Şurasının iclasının nəticələrinə dair LBCİ telekanalının yaydığı məlumatda deyilir. Port müdirinin sözlərinə görə, anbara heç kəsin giriş icazəsi yox idi. Bu yaxınlarda keçirilən təftiş anbarın içinə divardakı deşikdən keçməyin mümkün olduğunu aşkarlayıb. Qapının qıfılını dəyişmək ehtiyacı yaranıb. Partlayış qapının təmiri əsnasında aparılan qaynaq işi nəticəsində baş verib.

Moldova bayrağı altında üzən “Rhosus” Kiprdə yaşayan Xabarovsk sakini İqor Qreçuşkinə məxsusdur. Gəmi 2013-cü ilin sentyabrında Gürcüstanın Batumi şəhərindən Mozambikə gedərkən, Beyrutda gözlənilməz fasilə edib. Beyruş müfəttişliyi ekipaja gəmini limandan çıxarmağı qadağan edib. Gəmidən ekipajın dəyişməsini gözləyən dörd nəfər dənizçi qalıb. Onlar Livana yalnız bir ildən sonra qayıda biliblər.

Məhkəmənin qərarı ilə yük 12-ci körpüdəki anbara yerləşdirilib. “Rhosus”un sonuncu dəfə olduğu yer 2014-cü ildə Beyrut limanında qeydə alınıb.

Qeyd edək ki, 4 avqust axşam vaxtı baş verən partlayışda ölənlərin sayı 100-ü keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru