78 yaşlı Bayden iti ilə oynayan zaman xəsarət aldı

30-11-2020, 03:10           
78 yaşlı Bayden iti ilə oynayan zaman xəsarət aldı
ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Baydenin ayağı burxulub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.

Qeyd edilir ki, hadisə Bayden iti ilə oynayan zaman baş verib.

"Bayden iti “Meyjer”lə oynayan zaman sürüşdü və topuğu burxuldu", - xəbərdə deyilir.

"Ona həkim-ortoped baxıb", - məlumatda qeyd olunur.

Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib. Amma müxbirlər siyasətçinin özünü görməyiblər, çünki onlara mikroavtobusu tərk etməyə icazə verilməyib.

Qeyd edilir ki, Baydenin sağ ayağı dartılıb, onun ayağı yenidən rentgen ediləcək.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Mətbuatın məlumatına görə, seçkilərdə Bayden qalib olub.

Qeyd edək ki, noyabrın 20-də Baydenin 78 yaşı tamam olub. Yerli mətbuat daha əvvəl Baydenin ev heyvanlarını sevdiyini vurğulayıb. “The New York Times” nəşri bildirib ki, bəzi KİV-lər və siyasi ekspertlər tərəfindən ABŞ prezidenti kimi tanınmış Co Bayden Ağ Evə ev heyvanı ilə birlikdə köçəcək. Bayden hələ seçkiqabağı kampaniya dövründə bildirirdi ki, heyvanları Ağ Evə qaytarmağın vaxtı çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.