BMT-dən maraqlı qərar: Marixuana təhlükəli narkotiklər siyahısından çıxarılıb

3-12-2020, 18:48           
BMT-dən maraqlı qərar: Marixuana təhlükəli narkotiklər siyahısından çıxarılıb
BMT-nin Narkotik vasitələr üzrə komissiyası tibbi marixuana və onun törəmələrini təhlükəli narkotiklər kateqoriyasından, yəni Narkotik vasitələr haqqında 1961-ci il IV Vahid Konvensiya siyahısından çıxarıb.

Bu barədə məlumatı “New York Times” yayıb.

Bildirilib ki, səsvermədə iştirak edən 53 üzv ölkədən 27-si – ABŞ və Aİ ölkələr daxil olmaqla – bu qərarın lehinə, 25-i – Rusiya və Çin daxil olmaqla – əleyhinə səs verib. Yalnız Ukraynanın bitərəf qaldığı vurğulanıb.

Qərar Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu ilin yanvarında verdiyi tövsiyə əsasında qəbul edilib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru