Xorvatiyada virusa qarşı 3 peyvənd növünün təsdiqlənməsi gözlənilir

5-12-2020, 08:58           
Xorvatiyada virusa qarşı 3 peyvənd növünün təsdiqlənməsi gözlənilir
Xorvatiyada koronavirusa qarşı artıq 3 vaksinin təsdiqlənməsi gözlənilir.

REAL xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, yanvardan etibarən insanların peyvəndlənməsinə başlanılacaq.

Bundan başqa, hökumət pandemiyaya qarşı 5.6 milyon doza peyvənd sifariş edib.

Qeyd edilir ki, peyvəndlər Avropa Birliyi tərəfindən təsdqik edildikdən sonra vaksinasiya prosesinə start veriləcək.

Xorvatiya Sağlamlığı İnstitutunun direktoru Krunoslav Capak peyvəndin milli immunizasiya proqramına daxil edilmiş vaksinasiyalar könüllü olacağını açıqlayıb.

Onun sözlərinə görə, ilkin mərhələdə səhiyyə işçiləri, xroniki xəstəliyi olan insanlar və yaşlı insanlar və ahıllar peyvən ediləcək.

Məlumat üçün blildirək ki, son 24 saat ərzində ölkədə 3 minə yaxın insanda koronaviurs aşkarlanıb. Onlardan 68 nəfəri isə pandemiyanın qurbanı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru