Divanyan: "Paşinyan Zəngəzuru təslim edənə qədər hakimiyyətdə qalmaq istəyir"

8-12-2020, 22:01           
Divanyan: "Paşinyan Zəngəzuru təslim edənə qədər hakimiyyətdə qalmaq istəyir"
“Biz kukla dövlətiyik. Heç vaxt suveren və müstəqilliyimizin ağası olmamışıq. Bizdən başqa hər kəs bizi idarə edir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri rejissor Levon Divanyan bu gün ziyalı nümayəndələrinin İrəvanda keçirilən görüşü zamanı deyib. Rejissor əlavə edib ki, “Kukla dövləti olaraq qaldıq, çünki ölkə yiyəsizdir. Yiyəsiz yerdə isə qərar vermək çətindir. Kimdən və nə tələb edirsiniz? Ölkənin nə ağası var, nə də Ermənistan var. “Artsax”ın təslim olacağını kim düşünə bilərdi? İndi Zəngəzuru təslim etmək istəyirlər. Bunu kim edir, kim məsuliyyət daşıyır? Əlbəttə ki, qərar verən Paşinyan deyil. O, Zəngəzuru təslim edənə qədər hakimiyyətdə qalmaq istəyir ”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru