Dünyada müharibəyə səbəb olacaq məhsul birjaya çıxarıldı

9-12-2020, 09:03           
Dünyada müharibəyə səbəb olacaq məhsul birjaya çıxarıldı
“Wall Street”də qızıl, neft və digər mallarla birlikdə su da satılmağa başlanıb.

Bu barədə “Bloomberg” xəbər yayıb.

Agentlik su fyuçersləri ilə ticarət planlarının bu ilin sentyabrında məlum olduğunu xatırladıb. Həmin vaxt meşə yanğınları və isti temperatur ABŞ-ın qərb sahillərinə ciddi ziyan vurmuşdu.

Bu müqavilələrin köməyi ilə böyük su istehlakçılarını, məsələn, fermerləri, eləcə də elektrik enerjisi sənayesini suyun qiymətindəki dalğalanmalardan qorumaq mümkün olacağı qeyd olunur.

“Bloomberg” fyuçerslərin 2018-ci ildə başladılan “Nasdaq Veles California Water Index”ə bağlı olduğunu qeyd edib.

“RBC Capital Markets”in idarəedici direktoru və analitiki Dina Drey iqlim dəyişikliyi, quraqlıq və əhali artımının su çatışmazlığı, həmçinin su qiymətlərinin gələcək illər üçün “qaynar mövzu” olacağını deyib.

CME-nin səhm indeksləşdirmə və alternativ investisiya məhsullarının rəhbəri Tim Makkort, hazırda iki milyard insanın su problemi olan ölkələrdə yaşadığını və dörd ildə dünyanın təxminən üçdə ikisinin bu qaynaq çatışmazlığı ilə qarşılaşa biləcəyini söyləyib.

Qeyd edək ki, analitiklər illərdir qeyd edirlər ki, III Dünya müharibəsi kəskin içməli su çatışmazlığına görə baş verəcək.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru