ABŞ dini etiqad azadlığını pozan ölkələrin siyahısını açıqladı

9-12-2020, 09:11           
ABŞ dini etiqad azadlığını pozan ölkələrin siyahısını açıqladı
Tacikistan və Türkmənistan ABŞ-ın “davamlı olaraq dini etiqad azadlığını pozanlar”ın siyahısına daxil edilib.

“Sputnik”in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.

Keçmiş Sovet respublikalarından əlavə siyahıya Birma, İran, Çin, Şimali Koreya, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı və Eritreya da daxil edilib.

Rusiya isə Komor adaları, Kuba və Nikaraqua ilə birlikdə da “xüsusi müşahidə siyahısı”na daxil edilib. ABŞ Dövlət Departamenti bu ölkələrin hökumətlərinin “dini azadlığın ciddi şəkildə pozulması” ilə məşğul olduqlarını və ya bunlara yol verdiklərini açıqlayıb.

Bildirilir ki, Özbəkistan isə bu il əhəmiyyətli, konkret irəliləyişə görə “hüquq pozucuları” siyahısından çıxarılıb.

Qeyd edək ki, hesabatda çıxarılan nəticələrə əsasən, ABŞ Dövlət katibi müəyyən ölkələrin və təşkilatların “qara siyahı”ya daxil edilməsini, yaxud sanksiya tətbiq edilməsini tövsiyə etmək hüququna malikdir.

Like












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru