Rusiyada sabiq prezidentlərin toxunulmazlığı barədə yeni qanun layihəsi qəbul edilib

10-12-2020, 00:00           
Rusiyada sabiq prezidentlərin toxunulmazlığı barədə yeni qanun layihəsi qəbul edilib
Rusiya Dövlət Duması sabiq prezidentlərin toxunulmazlığı barədə yeni qanun layihəsini qəbul edib.

Azərtac xəbər verir ki, qanun layihəsinə görə, Federasiya Şurası yalnız Dövlət Dumasının irəli sürdüyü, Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin təsdiqlədiyi ittihamlar əsasında prezidenti öz vəzifəsindən kənarlaşdıra, sabiq prezidentin isə toxunulmazlığını ləğv edə bilər.

Əvvəlki qaydalara əsasən, sabiq prezidentin toxunulmazlığı dövlət başçısı kimi fəaliyyətinə dair İstintaq Komitəsi tərəfindən cinayət işi açıldıqda ləğv oluna bilərdi. İndi sabiq prezidentin toxunulmazlığı Dövlət Duması ona qarşı dövlətə xəyanət və ya digər ağır cinayətlər ittihamı irəli sürdükdə və bu ittiham Ali Məhkəmə və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdə ləğv olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.