Rusiya və Çin 107 milyard dollarlıq investisiya layihələrini müzakirə edir –Açıqlama

10-12-2020, 21:35           
Rusiya və Çin 107 milyard dollarlıq investisiya layihələrini müzakirə edir –Açıqlama
Rusiya-Çin İnvestisiya Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiya 107 mlrd. ABŞ dolları dəyərində 70-ə yaxın investisiya layihəsini müzakirə edir.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) açıqlamasında deyilir.

Qeyd olunur ki, bu günədək RBİF və Rusiya-Çin İnvestisiya Fondu (RÇİF) hökumətlərarası komissiyanın bir sıra layihəsinə 500 mln. dollardan çox sərmayə yatırıb və cəlb olunan beynəlxalq tərəfdaşların investisiyaları nəzərə alınmaqla, ümumi sərmayə 6 mlrd. dollara çatacaq.

Rusiya-Çin investisiya əməkdaşlığı eyni anda bir neçə əsas sahədə aktiv şəkildə inkişaf edir, xüsusən də iyul ayında 1 mlrd. dollar həcmində Rusiya-Çin Texnoloji İnvestisiya Fondu yaradıldı. Fond hazırda 150 mln. dollar dəyərində 10-dan çox layihəni nəzərdən keçirir. Həmçinin, 2020-ci ildə ümumi həcmi 1 mlrd. dollar olan “Guangdong Utrust Investment Holdings”la Böyük Körfəz üçün Rusiya-Çin Fondunun yaradılması uğurla başa çatıb/apa.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru