Bu ölkə nağd puldan imtina etmək niyyətindədir

13-12-2020, 01:45           
Bu ölkə nağd puldan imtina etmək niyyətindədir
İsveç hökuməti ölkədə nağd pulun istifadəsindən imtina etmək niyyətində olduğunu bildirib və milli valyuta – kronun rəqəmsal analoqunu inkişaf etdirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, ölkənin maliyyə naziri Per Bolund bu istiqamətdə 2022-ci ilin noyabr ayına qədər tamamlanmalı olan genişmiqyaslı işə başladığını bildirib. Nəticədə, ortaya rəqəmsal kronun çıxacağı gözlənilir.

İsveç hökuməti rəqəmsal valyutanın inkişafına ilk dəfə diqqət yetirmir. Belə ki, ölkənin Mərkəzi Bankı artıq “Accenture” beynəlxalq məsləhət şirkəti ilə birlikdə bunun üzərində müvafiq eksperimentlər aparır.

Qeyd edək ki, 2020-ci ildə İsveçdə nağd pul istifadəsi tarixdə ən aşağı səviyyələrə düşdü. Hazırda ölkədə nağd pul dövriyyəsinin payı cəmi 10% təşkil edir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru