Paşinyanın istefasını tələb edən etirazçılar aeroport yolunu bağladılar

13-12-2020, 19:11           
Paşinyanın istefasını tələb edən etirazçılar aeroport yolunu bağladılar
Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar “Zvartnots” beynəlxalq hava limanına gedən yolu bağlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əraziyə cəlb olunan polislər yolun açılmasını tələb ediblər.

"Xain və onun komandası Qarabağı itirdiyimizi və indi Ermənistanın sərhədlərinin təhlükə altında olduğunu başa düşənə qədər etirazlara davam edəcəyik. Bütün hökumət istefaya getməli və danışıqlar apara bilən, əlimizdə olanları saxlaya biləcək yeni insanlar gəlməlidir", - etirazçılardan biri deyib.

Qeyd olunub ki, Paşinyanın müsbət dəyişikliklər edə biləcəyini düşünərək hələ də ona inanmağa davam edən vətəndaşlar var: "Ancaq indi çox adam ayılıb və son 2 il yarımda baş verənlərin yalan olduğunu başa düşürlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru