Putin hökumətə bir həftə vaxt verdi - Rusiyada ərzağın qiymətləri kəskin qalxdı

14-12-2020, 00:02           
Putin hökumətə bir həftə vaxt verdi -
Rusiya prezidenti Vladimir Putin hökumətin iqtisadi inkişaf naziri Maksim Reşetnikov və kənd təsərrüfatı naziri Dmitri Patruşevlə görüşü zamanı ərzaq qiymətlərinin sürətlə yüksəlməsi barədə onları sərt şəkildə tənqid edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Rossiya-1” televiziyası məlumat yayıb. Məlumatda deyilir ki, “Putin məmurlardan mağazalardakı qiymətləri bir həftəyə endirməsini tələb edib. “Bir həftə içində qərar verin! Bütün tədbirlər sabah və ya sonrakı günlərdə yekunlaşdırılmalıdır. Xüsusilə makaron, un və şəkərin qiymətləri endirilməlidir. İnsanlarımız daha çox dəniz məhsulları ilə makaron yeyirlər. Və bu makaronlar İtaliyanın istehsalı deyil, öz unumuzdan hazırlanıb. Unun qiyməti təxminən 13 faiz artıb. Kim ixrac edir bilmirəm? Siz bilirsinizmi? Hər şeyə vaxtında müdaxilə etmək lazımdır”.

“Əmək bazarı gərgindir, işsizlərin sayı artır, gəlirlər azalır. Pandemiya və istehsaldan asılı olmayaraq, bu cür malların qiymətləri artır. Bu məsələyə daha yaxından baxmağınızı xahiş edirəm. Mənə dediniz ki, gələn həftə sabitləşəcək. Ümid edirəm ki, gələn həftə mənə deyəcəksiniz ki, qiymətlər sabitləşdi”, – deyə Putin fikrini tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru