Gürcüstan fevraldan beynəlxalq uçuşlara qadağanı ləğv edəcək –İqtisadiyyat naziri

14-12-2020, 22:26           
Gürcüstan fevraldan beynəlxalq uçuşlara qadağanı ləğv edəcək
“Gələn ilin fevral ayından etibarən Gürcüstanda beynəxalq uçuşlara tətbiq olunan bütün məhdudiyyətlər aradan götürüləcək”.

Bu barədə ölkənin iqtisadiyyat naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, hava limanlarının genişləndirilməsi üzrə infrastruktur layihələrin icrası dayandırılmayıb: “Kutaisi və Batumi aeroportlarının genişləndirilməsi layihələri yekunlaşmaq üzrədir. Yenilənən infrastruktur qonaqlar və vətəndaşlarlarımıza xidmət edəcək”. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru