Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pislədi

15-12-2020, 06:09           
Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pislədi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsini pisləyib.

Teref.az xəbər verir ki, bu fikri Rusiya XİN-in başçısı Bosniya və Herseqovina prezidiumunun üzvü Milord Dodik ilə Moskvadakı görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, ABŞ Türkiyəyə qarşı C-400 zenit-raket komplekslərinə görə sanksiyalar tətbiq edib. Nazir bunu beynəlxalq hüquqa qarşı növbəti təkəbbürlü münasibət, ənənəvi birtərəfli qeyri-legitim məcburetmə tədbiri kimi qiymətləndirib. S.Lavrovun fikrincə, bu cür yanaşma beynəlxalq aləmdə ABŞ-ın nüfuzunu artırmır.

Xatırladaq ki, ABŞ Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və daha üç Türkiyə vətəndaşına qarşı sanksiya tətbiq edib. Dövlət katibi Maykl Pompeo yeni sanksiyaların Türkiyənin Rusiyadan C-400 zenit-raket sistemləri alması ilə bağlı olduğunu təsdiqləyib. modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru