Baydenin oğlu 400 min dollar gəlirini gizlədib

15-12-2020, 07:17           
Baydenin oğlu 400 min dollar gəlirini gizlədib
ABŞ-da demokratlardan prezidentliyə namizəd Co Baydenin oğlu Hanter Ukraynanın “Burisma” qaz şirkətindən qazandığı təxminən 400 min ABŞ dolları vergi bəyannaməsində göstərməyib.

“Report”un məlumatına görə, bu barədə “Fox News” Hanter Baydenin maliyyə vəkili arasındakı yazışmalarına istinadən xəbər verir.

Bildirilib ki, Hanter Bayden 2014-cü ildə 847 328 ABŞ dolları gəlir əldə etdiyini bildirib. Halbuki bu rəqəm 1 247 328 ABŞ dolları olub.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Hanter Baydenin maliyyə fəaliyyətlərinə dair istintaq çərçivəsində Ukraynanın "Burisma" şirkəti də daxil olmaqla bir çox təşkilatın işi ilə bağlı məlumat istəyib.

Ümumilikdə nazirlik 20-dən çox təşkilatdan kiçik Baydenin maliyyəsi ilə əlaqəli sənədlər tələb edib.

Xüsusilə Ədliyyə Nazirliyi digər ölkələrlə ticari münasibətlərdə vergi qanunlarının və çirkli pulların yuyulmasına dair qanunların pozulması məsələlərini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru