ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi:“Moderna” peyvəndi təhlükəsizdir və 95% təsirlidir

15-12-2020, 22:49           
ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi:“Moderna” peyvəndi təhlükəsizdir və 95% təsirlidir
ABŞ-ın Qida Məhsulları və Dərmanlara Nəzarət İdarəsi “Moderna”nın koronavirusa qarşı hazırladığı peyvəndin təsirli olduğunu təsdiqləyib.

BBC-nin verdiyi xəbərə görə, İdarənin hesabatında bildirib ki, “Moderna”nın peyvəndi təhlükəsizdir və 95% təsirlidir.

Bu isə İdarənin bu peyvəndi təsdiqləyəcəyini göstərir. Əgər “Moderna”nın peyvəndi təsdiqlənərsə, bu artıq təsdiqlənmiş və istifadəsinə rəsmi şəkildə icazə verilmiş ikinci peyvənd olacaq.

Qeyd edək ki, daha öncə “Pfizer”-“BionTech” peyvəndi təsdiqlənib. “Pfizer”-“BionTech”in peyvəndindən fərqli olaraq “Moderna”nın peyvəndi daşınma zamanı çox aşağı temperaturda saxlanmanı tələb etmir/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru