Salome Zurabişvili: “Qafqazı bir araya gətirmək üçün yeni yanaşmalara ehtiyac var”

16-12-2020, 00:18           
Salome Zurabişvili:
Gürcüstana işğal altında olan ərazilərin problemini həll etmək üçün dialoqa, Avropa İttifaqı və NATO istiqamətində real tərəqqi əldə etmək, dünya gücləri arasında balans üçün kiçik ölkələrin ortaq səsini yaratmaq üçün yeni yanaşmalar tələb olunur.

Bunu Gürcüstan prezindenti Salome Zurabişvili rəsmi tvitter hesabında yazıb.

“Qafqazı bir araya gətirmək üçün yeni yanaşmalara ehtiyac var”, – deyə o, qeyd edib.

S.Zurabişvili Gürcüstanın yeni parlamentinin qarşısında duran məsələləri də qeyd edib: “Biz inkişafımızı əngəlləyən, nepotizm, peşəkarlığın çatışmazlığı, dövlət xidmətinə merkantil yanaşma, təşəbbüs irəli sürmək qorxusu ilə bağlı problemləri həll etməliyik”/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru