Yaponiya və Çinin ərazi mübahisələri gərginləşdi

16-12-2020, 09:50           
Yaponiya və Çinin ərazi mübahisələri gərginləşdi
Yaponiya və Çin arasındakı ərazi mübahisələri münasibətləri yenidən gərginləşdirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Çin dənizində yerləşən və Yaponiyanın Senkaku, Çinin isə Deyaou adlandırdığı 5 ada və 3 qayalıqdan ibarət kiçik arxipelaq ölkələr arasında problemə çevrilib. Yaşayış olmayan bu adaları hər iki ölkə öz ərazisi hesab edir

Çinin bölgədə aktivləşməsindən sonra gərginlik yenidən artıb. Yaponiya və Çin Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri 1.5 saatlıq onlayn konfrans keçirib. Yekun həllə nail olmaq mümkün olmayıb. Yaponiya Xarici İşlər Nazirliyi isə Çinin gücdən istifadə edərək status-kvonu öz lehinə dəyişmək cəhdlərini qəbuledilməz adlandırıb. Bu yolla münaqişənin daha da alovlandırılmasına yol verməməyə çağırış edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru