Araik Aratunyanın “postu” ilə vidalaşır: - “Səsyazısını da bilərəkdən yayıb ki...”

16-12-2020, 14:40           
Araik Aratunyanın “postu” ilə vidalaşır: -
"Qarabağda vəziyyət təhlükəli həddə çatıb. Siyasi qüvvələr daxili siyasi böhrandan çıxmağın yolunu axtarır. Araik Arutunyana olan etibar kəskin azalıb. Yaranmış vəziyyətə görə Araik Arutunyan məsuliyyət daşıyır. O, Nikol Paşinyanla bərabər bütün qərarları qəbul edib".

Cebhe.info xəbər verir ki, bunu Ermənistanda nəşr olunan "Qraparak" qəzeti yazıb.

Nəşrin yazdığına görə, bu mərhələdə güc strukturlarının istefası aktiv müzakirə olunur: “Araik Arutunyanın da "prezident" postunda qalacağı sual altındadır. Bununla bərabər həmçinin milli etimad hökuməti yaratmaq nəzərdə tutulur ki, burada da Aratunyanın təsir rıçaqları tamamilə kəsiləcək.

Araik Arutunyanın istefası və təcrid olunmasını müxalifət və Vitali Balasanyan tələb edir. Həmçinin vətəndaş təşəbbüsü də var".

Nəşrin yazdığına görə, bir neçə gün əvvəl Araik Arutunyanın telefon danışığının səsyazısı yayılıb: “Bu səsyazısında Araik Arutunyan bildirib ki, 10 gündür Paşinyandan əlavə qüvvələr istəyir, ancaq Paşinyan bunu etmir. Görünür, bu səsyazısı da Araikin özü tərəfindən yayılıb və ona olan etimadın azalmasının qarşısını almaq məqsədi daşıyır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru