SİVİLİZASİYAYA TƏHLÜKƏ! - “Bu raket atışı sivilizasiyanın sonunun başlanğıcıdır”

17-12-2020, 00:58           
SİVİLİZASİYAYA TƏHLÜKƏ! -
Amerikanın «Popular Mechanics» jurnalı Oxot dənizi hövzəsində Rusiyanın «Vladimir Monomax» sualtı qayığından «Bulava» raket atışını «sivilizasiyanın sonunun başlanğıcı» kimi xarakterizə edib. Bu fikri nəşrin müəllifləri bazar ertəsi dərc olunmuş materialda ifadə ediblər.

Jurnalın məluatına görə, Oxot dənizindən buraxılan «Bulava» raketləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) Missisipi çayının qərbindəki ərazisinin böyük hissəsinə çata bilər. Eyni zamanda, Ağ dənizdən buraxılan raketlər Amerikanın sözügedən çaydan şərdə yeləşən ərazilərini də vura bilər.

Dekabrın 12-də Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Sakit okean donanmasının “Vladimir Monomax” atom sualtı qayığı 4 ədəd «Bulava» raketinin Oxot dənizindən atışını həyata keçirib.

İdarənin məlumatına görə, Arxangelsk vilayətinin Çija poliqonuna tuşlanmış yaylım atəşi sualtı vəziyyətdən gerçəkləşdirilib. Raketlərin uçuş məsafəsi 5,5 min kilometrdən artıq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru