Netanyahu: İsraildə ilk peyvəndi mən vurduracağam

17-12-2020, 06:02           
Netanyahu: İsraildə ilk peyvəndi mən vurduracağam
Ölkədə koronavirus əleyhinə ilk peyvənd olunanlardan biri mən olacam.

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Şənbə günü axşam peyvənd olunacağam. Xahiş etdim ki, ilk mən peyvənd vurdurum, çünki hər kəsi inandırmaq lazımdır ki, peyvənd olmaq vacibdir”, – İsrail baş naziri bildirib.

Qeyd edək ki, Amerika şirkəti “Pfizer”in yeni koronavirus peyvəndinin ilk partiyası Tel-əviv yaxınlığındakı Ben Gurion hava limanına dekabrın 9-da çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru