COVID-19: Avropada Milad koronavirusu qaydaları nələrdir?
17-12-2020, 22:02

COVID-19: Avropada Milad koronavirusu qaydaları nələrdir?
Mubahise.az xəbər verir ki, Bəzi Avropa ölkələri önümüzdəki həftələrdə məhdudiyyətləri sərtləşdirir, bəziləri isə Milad bayramına görə yüngülləşdirir.
Bir çox ölkələrdə noyabr ayının sonundan koronavirusa yoluxanların sayı artmaqdadır.
Niderland
İkinci təcridetmə çərçənbə axşamından etibarən 5 həftəlik başladı.
Hollandiyalı ailələrə evlərinə 13 yaşdan yuxarı ikidən çox ziyarətçini qəbul etmək icazəsi verilməyəcəkdir.Bütün ictimai yerlər, bərbərlər də daxil olmaqla 19 yanvara qədər bağlandı. Məktəblər də 18 yanvara qədər bağlı olacaq.
Çexiya Respublikası
İki həftə əvvəl yenidən açılmış restoranlar, otellər və qapalı idman məkanları cümə günündən etibarən yenidən bağlanacaq.
Ümumilikdə, 23: 00-dan səhər 5-ə qədər komendant saatı tətbiq ediləcək.
Mağazalar açıq qalsa da ,məktəblər Milad bayramı üçün əvvəlcədən bağlanacaq.
Almaniya
Almaniyada sərt qarantin çərşənbə günü başlayır, məktəblər və vacib olmayan mağazalar Milad və yeni il boyunca bağlanacaq.
Almaniya noyabr ayının əvvəlindən bəri bar, restoran və turistik yerləri bağlayıb, ancaq alış-verişə və təhsilə icazə verilirdi.
Yeni məhdudiyyətlər yanvarın 10-dək davam edəcək, lakin beş nəfərlik məhdudiyyət ilə 24-26 dekabr tarixlərində bir qədər yüngülləşdiriləcək .Kansler Angela Merkel bundan əvvəl bir həftə özünü təcridetməni tövsiyə etdi.
Fransa
Altı həftəlik hərəkət qadağası çərşənbə axşamı qaldırıldı, lakin Prezident Emmanuel Macron Fransanın Avropada ən çox yoluxmağa məruz qaldığı ölkə olduğu üçün Milad ərəfəsi istisna olamaqla, yanvarın ortalarına qədər saat 20:00-6:00 radələrində komendant saatı tətbiq etdi.
Muzeylər, teatrlar və kinoteatrlar, restoran, bar və kafelər ən azı yanvar ayına qədər bağlı olacaq.
Evlərdə ən çox altı yetişkinin və istənilən sayda uşağın olmasına icazə verilir.
Fransız xizək kurortları bağlı qalacaq və "əlverişli şərtlər altında" yanvar ayında yenidən açılmasına icazə veriləcək.
İspaniya
23 dekabr - 6 yanvar tarixlərində İspaniyanın bölgələri arasında səyahət ancaq dostlarını və ailəsini ziyarət etmək üçün veriləcək.
Milad ərəfəsi, Milad günü, Yeni il və Yeni il günlərində sosial yığıncaqlar uşaqlar daxil olmaqla 10 nəfərlə məhdudlaşacaq.
Hal-hazırda bölgədən asılı olaraq axşam saat 22-dən gecə yarısına qədər dəyişən komendant saatları Milad ərəfəsində və Yeni il ərəfəsində saat 1.30-a qədər geri çəkiləcək.
İtaliya
Fərqli bölgələr arasında səyahət qadağası 21 dekabrdan 6 yanvaradək qüvvədədir və insanların Milad günü, Boks günü və Yeni il günü doğma şəhərlərindən çıxmasına icazə verilməyəcəkdir.
Mövcud 22.00-5.00-da komendant saatı qalacaq, yəni kilsələr açıq qalsa da, ənənəvi gecə yarısı ayini baş tutmayacaq.
Romanın Milad ərəfəsindən ən azı 2 yanvar tarixinədək gecə komendant saatı uzadılması, qeyri-adi hərəkətlərə qadağa qoyulması və qeyri-vacib mağazaların bağlanması ilə "qırmızı zona" kilidini tətbiq etməsi gözlənilir.
Avstriya
7 dekabrda Avstriya ikinci milli qarantindən çıxdıqdan sonra Milad ərəfəsində məhdudiyyətlər azaldıldı.
20: 00-dan 6: 00-dək komendant saatı tətbiq olundu və ehtiyac olmayan mağazalar və digər müəssisələr yenidən açıldı.
Restoran və barlar Milad dövründə ancaq yeməkləri götürüb getmək üçün açıq qalacaq.
Tərcümə etdi : Nərminə Hüseynzadə