“ABŞ ordusunu Suriyadan çıxarsın” - İran tələb edib

18-12-2020, 09:07           
“ABŞ ordusunu Suriyadan çıxarsın” - İran tələb edib
İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Məcid Taxt-Rəvançı Amerika Birləşmiş Ştatları (ABŞ) ordusunun Suriyada varlığını qeyri-qanuni adlandırıb və «örtülü məqsəd» daşıdığını bildirib. Rəsmi Tehranın nümayəndəsi Birləşmiş Ştatları ləngimədən Suriyanı tərk etməyə çağırıb.

Bu barədə İranın «İRNA» dövlət informasiya agentliyi xəbər verib.

Dekabrın 16-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Suriya üzrə iclasında çıxış edən Taxt-Rəvançı qeyd edib ki, hamı Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. İran istənilən separatçı fəaliyyətin və ya Suriyada qeyri-qanuni təşəbbüsün əleyhinədir və bunda israr edir ki, Suriya hökumətinin icazəsi olmadan bu ölkədə olan bütün xarici güclər ərazini tərk etməlidir.

«İran İslam Respublikası Suriya böhranının siyasi yolla həllinə tam sadiqdir və bu ismarış Suriyanın xarici işlər nazirinin Tehrana bu yaxınlardakı səfəri zamanı bir daha təsdiqlənib» - diplomat bildirib.

İranlı nümayəndə Türkiyənin adını çəkmədən, işarə edib ki, «İdlib kimi yerlər terrorçu qruplaşmaların sığınacağına çevrilməməli və uyğun olaraq, mülki vətəndaşların həyatının müdafiəsi üçün bütün səylər göstərilməli, terrorçularla mübarizə onların yaratdığı təhlükə tam aradan qaldırılana qədər davam etməlidir».

Bununla bərabər, Məcid Taxt-Rəvançı bəyan edib ki, Tehran İsrailin Suriyaya qarşı davam edən təcavüzünü qətiyyətlə pisləyir. «Belə təxribatçı hərbi avantürizm dayandırılmalıdır» - iranlı nümayəndə qeyd edib.azpolitika/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.